"Eşref Rüya"ya vida edəcək - FOTO

"Eşref Rüya"ya vida edəcək - FOTO

Çağatay Ulusoyun baş rolunu canlandırdığı "Eşref Rüya" serialından ayrılıq xəbəri gəlib. Ekran əsərinin 27-ci bölümündə mühüm obrazlardan birinin hekayəsinin sona çatdığı məlum olub.

Milli.Az xəbər verir ki, Eşref tərəfindən Kadirin yanına gizlicə yerləşdirildiyi üzə çıxan Sadiq (Şener Savaş) üçün çənbər daralır.

Kimliyi deşifrə olan Sadiqə qurulan tələ onun hekayəsinə son qoyacaq. Bununla da usta aktyor Şener Savaş serialın 27-ci bölümü ilə layihəyə vida edəcək.

Xatırladaq ki, serialın ssenari müəllifləri Ethem Özışık və Lokman Maraldır.

Lalə Qüdrətova
Milli.Az