Uşaqları dünyaya gəldikdən sonra artıq çəki problemi yaşayan məşhur amerikalı pop ulduzu Kristina Aqilera nəhayət bu mübarizədə qalib gəlib.
Belə ki, ifaçı 18 kiloqram arıqlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, o, son görünüşü ilə hər kəsi heyran qoyub. Ulduz buna necə nail olduğunu açıqlayıb.
Kristinanın sözlərinə görə, o, gündəlik rasionunu 1 600 kalori ilə məhdudlaşdırıb. O, həmçinin hər gün meyvə və tərəvəz yeyir, şirniyyatı azaltmağa çalışır. Təbii ki, onun arıqlamasında məşq vacib nüanslardan biridir - Aqilera həftədə iki-beş dəfə yoqa, boks, güc məşqləri və kardio ilə məşğul olur.
Qeyd edək ki, Kristina Aqilera və Metyu Ratler doqquz ildir nişanlıdırlar, lakin hələ də münasibətlərini rəsmiləşdirməyiblər. Belə görünür, onlar bunu ümumiyyətlə etməyi planlaşdırmırlar.
Hazırda bir yerdə yaşayan cütlük övladları səkkiz yaşlı Sammeri və Kristinanın əvvəlki ərindən olan 15 yaşlı oğlu Maksı böyüdürlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun