Bəzi məşhurlar öz istəkləri ilə bədənlərinə döymə etdirsələr də, daha sonra bunun peşmanlığını çəkiblər.
Milli.Az baku.ws-ə istinadən etdirdiyi döymədən peşman olan dünya məşhurlarını təqdim edir:
Meqan Foks
Hollivud ulduzlarının xəbər saytı "Just Jared"in yaydığı məlumata görə, Meqan Fox 2010-2022-ci illərdə evli qaldığı əri Brayan Qrinin adını ayağına döymə etdirib. İfaçı bundan peşman olub. 2023-cü ilin iyulunda bu döyməni sildirib.
Castin Biber
Bədəninin müxtəlif yerlərində döymələri olan Castin keçmiş sevgilisi Selena Qomezin portret formasında çəkilən döyməsindən peşmandır. Məşhur müğənni biləyində Selena Qomezin şəkili olduğunu, daha sonra onu sildirməyə çalışdığını, lakin bunu fanatlarının bildiyini deyib.
Heyli Biber
Əlində orta barmaqda silah rəsmi olan Heyli, bu döyməni 18 yaşında etdirib. O "Elle"yə müsahibəsində "Hazırkı yaşımda bu döyməni etdirməzdim" deyə açıqlama verib. Heyli bunun səbəbini silahın insanları şiddətə təşviq etməsi ilə əlaqələndirib.
Rayan Reynolds
Məşhur aktyor etdirdiyi döymələrindən peşmandır. O müsahibələrindən birində "Bütün döymələrimdən nifrət edirəm" deyərək açıqlama verib. Rayan etiraf edib ki, o döymələri lazerlə sildirmək istəyib, lakin həyat yoldaşı Bleyk Lively ona bunu etməyə mane olub.
Ancelina Coli
Ancelina Coli Bred Pittlə evlənməzdən əvvəl Billi Bob Torntonla eşq yaşayıb. O sevgilisinin adını "Billy Bob" formasında bədəninə həkk etdirib. Bredlə evləndikdən sonra Bobun adını sildirərək övladlarının doğum tarixini yazdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun