Türkiyəli müğənni İbrahim Tatlısəs ritaniyalı həmkarı Dua Lipanın fotoşoplu şəklini gerçək sanaraq ifaçıya təşəkkür mesajı yazıb.
Milli.Az unikal-a istinadən xəbər verir ki, məşhur "Allah cəzanı verəcək" sözlərinin yazıldığı və öz şəklinin Lipanın qoluna döymə edildiyi fotonun real olduğunu düşünən Tatlısəs "Cəsur və gözəl qızımıza təşəkkürlər" sözlərini yazıb. Məsələni daha sonra başa düşən ifaçı paylaşımını silib və açıqlama verib.
"Dua Lipanı tanımağa və izləməyə vaxtım varmı? Məlum olub ki, bunu başqa qıza ediblər, bunu göndəriblər. Mən ona təşəkkür edib paylaşdım. Niyyətim pis deyildi", - deyə Tatlısəs qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun