"Miss Azerbaijan-2019" model yarışmasının qalibi Səmra Hüseynova dəhşətli ağrılar içərisindədir.
Azərbaycanlı model çarəsiz vəziyyətdədir: Xəstə yatağından FOTOsunu paylaşdı
Milli.Az xəbər verir ki. bu barədə Oxu.az-a modelin özü məlumat verib. O, ağrılarının səbəbinin tapılmadığını qeyd edib:
"Bütün analizlərim çıxıb. Həkimlər heç bir xəstəlik tapa bilmirlər. Nə qandan, nə böyrək, nə də qaraciyərdən mənfi cavab çıxmır. Ginekoloji analiz də verdim. Düşündüm bəlkə infeksiya düşüb. Hepatit olaram. İnsan belə vəziyyətdə ümid edir ki, heç olmasa, infeksiya çıxsın, onu müalicə etsin".
S.Hüseynova keyidici dərmanlar qəbul etdiyini dilə gətirib:
"Əl və ayağım ağrıyır. Elə ağrıyır ki, sanki əlsiz və ayaqsızam. Bədənimdə ağrı yoxdur. Türkiyəyə, Moskvaya da getdim. Hamısı eyni dərmanı yazıb, yola salırlar. Ancaq keyidici dərmanlar qəbul edirəm. Onkoloji xəstələr kimi.
Çəkimə görə analizlərim yaxşıdır. Çəkimə görə, bədənim 3 qat daha yaxşıdır. DNT analizi verəcəyəm. İranlı həkimlə danışdım. DNT ilə də nələrisə aşkar etmək olar".
"Hazırda evdəyəm. Xəstəxanada qalmıram. Paylaşılan foto xəstəxanada çəkilib. Həmin an bədənimi oyatmaq üçün cərəyan vururdular. Bir neçə saat üçün xəstəxanaya getmişdim..
Bir adam axtarıram desin ki, bunun türkəçarə ilə müalicəsi var. Xəstəxanalar artıq məni yorub. Onu gözləyirəm", - deyə S.Hüseynova fikrini tamamlayıb.
Xatırladaq ki, model sosial şəbəkə hesabında ağrılar içərisində olması ilə bağlı paylaşım edib, imdad diləyib və sağalmaq istədiyini dilə gətirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun