Fenomenin sevgilisinə 459 il həbs cəzası verildi

Fenomenin sevgilisinə 459 il həbs cəzası verildi

Sosial şəbəkə fenomeni Nihal və Bahar Candan qardaşlarının da adının keçdiyi ucuz avtomobil vasitələri satmaq iddiası ilə vətəndaşları aldadan şəbəkə rəhbəri və onun üzvləri həbs və pul cəzasına məhkum edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, təşkilat lideri 479 il həbs və 141 milyon pul cəzasına məhkum edilərkən, sosial media fenomeninin keçmiş sevgilisi Onur Apaydın 459 il 7 ay həbs, 143 milyon 849 min 200 lirə pul cəzası alıb.

Qeyd edək ki, nəqliyyat vasitələrini ucuz qiymətə sataraq insanları aldadan dəstə həbs edilərkən, hadisədə Bahar və Nihal Canda qardaşlarının da adı hallanıb. Nihal Candanın keçmiş sevgilisi Onur Apaydın da hadisədə yer alanlardan olub. Belə ki, Bahar və Nihal Candan son aylarda zərərçəkmişləri sakitləşdirmək üçün onlarla lüks restoranlarda görüşüb. Onlar çirkli pulların yuyulmasında ittiham olunublar. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun