Aktrisa Kəmalə Müzəffər sosial şəbəkədə "Gizli yara" və "Xəyanət" seriallarındakı obrazlarından fotolar paylaşıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o rolları barədə fikirlərini bölüşüb:
"2 fərqli insan, fərqli qadın, fərqli ana. Hər ikisi övladını sevir, qoruyur. Hər ikisi də ailəsi üçün canını verər. Amma səhv qərar hər şeyi alt-üst edir. Öz həyatımızda da belə olur. Nə qədər seviriksə sevək, kiçik bir səhv qərar sevdiyimizin həyatını dağıdır".
Milli.Az