Zaurdan qonağa hörmətsizlik: Qapının arxasında gözlətdi

Zaurdan qonağa hörmətsizlik: Qapının arxasında gözlətdi

ATV- də efirə gedən "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. Verilişin qonaqlarından biri qapının zəngini çalsa da, studiyaya daxil olmaq üçün uzun müddət gözləməli olub. 

Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, hörmətsizliklə üzləşən şəxs Nurlan adlı gənc olub. O, Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişinin qəhrəmanlarından biridir. Zaur həmkarı və həyat yoldaşı Günay Baxşəliyeva ilə birlikdə reklamları səsləndirərkən Nurlan qapının zəngini çalıb. Verilişin prodüseri bu barədə aparıcıları məlumatlandıranda  Zaurun reaksiyası belə olub: "Qoy, gözləsin". Nəticədə Nurlanın studiyaya daxil olması təxminən 10 dəqiqə çəkib. 

Ailə qurmağa hazırlaşan Nurlana qarşı hörmətsizlik bununla yekunlaşmayıb. Zaur vaxtilə pis vərdişləri olduğunu onun üzünə vurub. 

Zaur Baxşəliyevin verilişin digər qonağı Aqşin Tariyeloğlu ilə davranışı da diqqətdən yayınmayıb. Zaur aşığa "Ömrümdə sənin qədər üzlü adam görmədim" deyərək, canlı efirdə onu pərt etməkdən çəkinməyib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun