"Bir çox sənətçilər verilişlərə qonaq getmək istəmirlər. Düz də edirlər, getmirlər. Haqlıdırlar! Mən də artıq verilişlərə getməyən sənətçilərin siyahısına qoşulmuşam. Çünki elə verilişlər var ki, getməyinə peşman olursan".
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Gündən-günə" verilişində deyib.
Bir neçə həftə əvvəl Elgiz Əkbərin aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial proqramda qonaq olduğundan üstüörtülü formada bəhs edən sənətçi orada apacının reytinq xatirinə ondan istifadə etdiyini bildirib:
"Əgər bir sənətçi sənin dəvətinlə verilişinə gəlirsə, o, səni sayır, gəlir. Əziyyət çəkir, səhər tezdən durur, hazırlaşır, bəzənib-düzənir, qızıl kimi zamanını ayırır... Məni dəfələrlə verilişinə çağırdı, getmədim. Amma sonra üz-üzdən utandığı və rəhmə gəldiyim üçün verilişə getdim. Mən sənin verilişinə sənə görə gəldim. Gəldim ki, sən pis vəziyyətdə qalmayasan. Səsim batsa belə verilişinə gəldim (bir neçə həftə əvvəl Elgiz Əkbərin aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı efirində qonaq olub). Danışa da bilmirdim. Mən səni fikirləşib verilişinə gəldim. Amma sən mənə arxadan bıçaqla zərbə vurdun.
Mənə verilişində öz məqsədin və pis niyyətin üçün tor, hiylə qurdun. O, elə başa düşür ki, Mətanəti aldatdı efirinə gətirdi. Amma düşünmə ki, sən mənə hiylə, tor qurdun.
Yadında qalsın ki, kiminsə bədbəxtçiliyinin, pisliyinin üstündə sən xeyir tapa bilmərsən. Etdiyinin nəticəsi olaraq qabağına on qat pislik çıxacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun