Türkiyəli müğənni Ebru Polat bir gün içində milyoner olub.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Ebru bildirib ki, "Instagram" sosial şəbəkə platforması onun səhifəsinin hesabına səhvən 21 milyon 686 min dollar pul yatırıb:
"Ötən gün maraqlı bir hadisə oldu. "Instagram" sosial şəbəkə platforması məni bir gündə "Forbes"in siyahısına əlavə edib. 21 milyon 686 min dollar səhifəmin hesabına pul qoyub.
Bundan şok oldum. Sabahısı gün isə həmin məbləği platforma geri alıb. "Instagram" yanlış iş görüb. O pulları alsaydım, ah, nələr edərdim".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun