Son zamanlar açıq-saçıq geyimlərinə görə müzakirə predmetinə çevrilən Xalq artisti Tünzalə Ağayeva mövzu ilə bağlı açıqlama verib.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Zarafat bir yana" axşam şousunda danışıb.
Belə ki, şounun qaydalarına görə tamaşaçılardan biri mikrofon önünə keçərək "Bəzi xanım müğənnilər sərbəst (açıq-saçıq nəzərdə tutur - red.) geyimlərinə görə, tənqid olunur və tamaşaçılar onların bu cür geyimlərini birmənalı qarşılamır. Amma siz Tünzalə xanım o müğənnilərdən idiniz ki, daha əvvəlki geyimlərinizlə nümunə göstərilirdiniz və nümunəvi sayılırdınız. Sizin fikrinizcə, indi hansı müğənnini nümunə göstərmək olar?" Ağayevaya sual ünvanlayıb.
Tünzalə isə qalmaqallı suala belə cavab verib: "Hər müğənni özünə görə nümunədir. Bir müğənni nümunə geyiminə görə deyil, sənətə görə ölçülür. Geyim tamamən səhnənin ab-havası, obrazı, əlçatmazlığı ifadə edir. Hər hansısa bir sahə sənət sahəsinə bənzəmir. Elə insan zövqü var ki, bunu xaricdə qəbul edir, xarici ifaçılarda... Müxtəlifliyi, rəngarəngliyi...
Amma bizdə nədənsə hesab edirik ki, 70-ci illərdə ifaçılar necə idilərsə, elə də olmalıdır. Elə bir şey yoxdur. Sənətlə, intelektlə, peşəkarlıqla götürülməlidir. Qardaş ölkə Türkiyədə elə müğənnilər var ki, biz onlar qədər cəsarətli deyilik (gülür) amma tamaşaçı onları çox sevgi ilə qarşılayır. Sənət insanı isə o insandır ki...
Baxın qarşımda siz publika varsınız və mən varam. Əgər mən bir səhnəyə çıxıb, qarşımdakı olan publikadan seçilməyəcəyəmsə, siz o müğənniyə baxmayacaqsınız. Əgər bir tamaşaçı bir müğənniyə baxıb qıcıq olursa, o, onun beyninin problemidir. Müğənninin problemi deyil".
Milli.Az