Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat veriblər.
Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək: "Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətirləcək".
APA-nın əldə etdiyi xəbərə görə, sözügedən reys Ankaradan 12:50-də qalxıb.
Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun