Kral ailəsinin üzvləri ənənəvi Milad ibadətində görüntüləndi

Kral ailəsinin üzvləri ənənəvi Milad ibadətində görüntüləndi

İngiltərə Kral ailəsinin üzvləri hər il təşkil olunan ənənəvi Milad ibadətində iştirak ediblər.

OLAY yazır ki, Şahzadə Uilyam və Şahzadə Ketrin Norfolk qraflığındakı Sandringham kilsəsində keçirilən mərasimdə  övladları - Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Lui ilə birlikdə görünüblər. Onlara Kral Çarlz, Kraliça Kamilla, Şahzadə Anna, Ser Timoti Lorens və bir çox digər şəxslər də qoşulub.