Aygün Bəylərin qonşusu danışdı

Aygün Bəylərin qonşusu danışdı

"Aygün Bəylər xalqı üçün yaşayıb".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin qonşusu Məlahət Hüseynova onunla bağlı xatirələrindən danışarkən deyib.

M.Hüseynova qeyd edib ki, Aygün Bəylər hər zaman yaddaşlarda qalacaq:

"Mən onun qonşusuyam. Aygün gözümüzün qabağında böyüyüb. Çox yaxşı ailədir. Həddən artıq pis olduq. Onun ölən vaxtı deyildi. O, bizim böyük sənətkarımız idi. Onunla fəxr edirik. Xalqına görə can qoydu. Həmişə yaddaşlarda qalacaq. O özü üçün yaşamayıb, xalq üçün yaşayıb. Kasıblara əl tutub. İndiki müğənnilər kimi deyildi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun