Plastik əməliyyatları ilə daim gündəmdə olan türkiyəli məşhur müğənni Seda Sayan cavanlaşmaq üçün son aylarda sünnət dərisindən hazırlanmış üzünə və sinəsinə maye vurub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, etdiyi prosedurları sosial media hesabında izləyiciləri ilə paylaşmağı da unutmayan 61 yaşlı müğənni körpələrin sünnət dərisindəki fibroplast hüceyrələrini laboratoriya şəraitində ayıraraq əldə etdiyi mayeni üzünə vurdurub.
Son zamanlar arıqlayan və ayaqları 38 santimetr incələşən Seda Sayana "Barbie Doll" tətbiqi olub.
Xatırladaq ki, Seda Sayan ötən aylarda ayaqlarından plastik əməliyyat etdirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun