Əməkdar artist Elnur Məmmədov mərhum həmkarı Aygün Bəylərin qızı Canandan danışıb.
OLAY yazır ki, bu barədə o, “İncə səhər” proqramında açıqlama verib. O, deyib ki, ötən gün A. Bəylərin evində olub:
“Dünən Aygüngildəydim. Cananı gətirdilər. Elə bil mələkdir. Hələ anasının cənazəsi gətirilməmişdi. Bacıları ağlayırdı. Dedim, xahiş edirəm, uşağın yanında ağlamayın. Niyə ağlayaq? O qız böyüyəndə anasının miras qoyduqları ilə qürur duyacaq. Aygün xanım elə bir insan olmayıb ki, övladı adı gələndə utansın”.