"Məni şəhərdə şouya belə aparırdılar" - FOTOlar

"Məni şəhərdə şouya belə aparırdılar" - FOTOlar

Xəbər verdiyimiz kimi, "Maska" şousunda "Cəngavər" maskası altından müğənni Zamiq Hüseynov çıxıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi şouya qatılması ilə bağlı paylaşım edib. O, çəkilişlər zamanı şəhərdə onu hansı formada gəzdirdiklərinin görüntülərini yayımlayıb. 

"Bu da son! Sözün əsl mənasında həyatımda ən zövq aldığım şou. Məni bu şouya şəhərin bir gizli nöqtəsindən belə aparırdılar. Çox çətin idi o maskanın altında qalmaq, hətta saatlarla. Amma böyük zövq idi. Maska geyinib üzümü gizlətsəm də, səsimi dəyişsəm də sizi aldada bilmədim. Çünki siz sevdiyiniz o səsi, o insanı yaxşı tanıyırsınız. Əməyi keçən bütün dostlara təşəkkür edirəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun