Türkiyədə səs-küyə səbəb olan "Kızıl Goncalar" serialının ötən günkü bölümünün yayımı qadağan edilib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, Türkiyə televiziya və radio şurasının ekran işinə tətbiq etdiyi yayım qadağası məhkəmə yolu ilə təsdiqlənib.
Bu barədə serialın baş prodüseri Faruk Turgut açıqlama verib. Ekran işinin ötən günkü bölümünün əvəzinə Türkiyə televiziya və radio şurasının "FOX" kanalına göndərdiyi sənədli film nümayiş olunub.
Xatırladaq ki, "Kızıl Goncalar" yayımlandığı ilk gündən qalmaqala səbəb olub. Ekran işiniə 9 milyon lirə cərimə tətbiq edilib, sonda yayımı da qadağan edildi. Buna səbəb serialda "Fani" adlı təriqətin iç üzününün cəmiyyətə nümayiş etdirilməsi olub.
Serialın baş rollarında müğəni-aktyor Özcan Deniz və aktrisa Özgü Namal çəkiliblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun