Mərhum meyxanaçı Bayram Kürdəxanılı Rusiya evli olub, hətta onun bir oğlu varmış.
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə "Xoş gəldim" verilişində qəzəlxan haqqında hazırlanan süjetdə bildirilib.
Süjetdə B.Kürdəxanılı ilə bağlı bir çox gizlinlər üzə çıxıb.
Belə ki, Bayramın qardaşı qəzəlxanın evli olması, hətta övladının olmasını da etiraf edib: "Onun Rusiyada yoldaşı var idi, rəhmətə getdi. Ölməmişdən qabaq bir yerdə yaşayırdılar. Oğlu da var. Mən onu görməmişəm. İndi onun oğlunun da az yaşı olmaz. Rusiyada idi, amma indi bilmirəm haradadır. Adı da Bəhram idi...Bayram bizə o haqda heç nə demirdi, bu barədə çox danışmazdı".
Qardaşı deyib ki, Bayramın oğlu tapılsa, bilsə ki, 100% onun övladıdır, onu qəbul etməyə hazırdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun