Xalq artisti Röya Ayxan küsülü olduğu Əməkdar artist Aygün Bəylərin məzarına əklil göndərib.
OLAY yazır ki, bu barədə estrada ulduzu instaqramda paylaşım edib. Sənətçi hekayə bölməsində bu sözləri qeyd edib:
“Sənətkar, ruhunuz şad olsun. Çox heyif. Sizinlə tanış ola bilmədik. İnanıram ki, siz məni çox istəyərdiz. Çünki biz sizi sevirik”.