Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb və bu yaxınlarda əməliyyat olunub.
Milli.Az bildirir ki, bu barədə Kult.az-a sənətkarın dostlarından olan prodüser Vasif Ayan məlumat verib.
O bildirib ki, aktyorun qalxanabənzər vəzisi inkişaf edib, limfa düyünləri yaranıb:
"Nəticədə xərçəng xəstəliyinə tutulan sənətkar təcili əməliyyat olunub. Səs telləri zədələndiyinə görə də səsini qismən itirib. Hazırda həkim nəzarəti altında saxlanılır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun