Amerikalı müğənni Mayli Sayrusun kiçik bacısı Noah Sayrus böyük bacısına "kölgədə qoyub".
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, çılğınlığının həddi-hüdudu olmayan Noah sinəsini açaraq etdiyi paylaşımları ilə ad çıxarıb.
Belə ki, meşədə sinəsi açıq pozalar verən müğənni səs-küyə səbəb olub.
Sosial media hesabında verdiyi mini konsertlər və paylaşımları ilə hər zaman gündəmə gəlməyi bacaran Maylinin kiçik bacısı Noah xüsusilə İnstaqram hesabında etdiyi açıq-saçıq paylaşımlarla izləyicilərinin diqqətini özünə çəkir.
Son olaraq üst geyimsiz pozlarını paylaşaraq diqqət çəkən gənc müğənni sinəsini nümayiş etdirib. Əlləri ilə bədəninin yuxarı hissəsini örtməyə çalışan Noah fotoları da bulanıqlaşdıraraq özünəməxsus şəkildə senzura etməyə çalışıb.
Bundan əvvəl dəfələrlə yarıçılpaq pozalar verən Noahın son paylaşımına minlərlə bəyənmə "yağıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun