Əməkdar artist Aybəniz Haşimovanın bloger qızı Aynişan Quliyeva onu tənqid edənlərə cavab verib.
Milli.Az azxəbər-ə istinadla bildirir ki, o, mərhum sənətkar Aygün Bəylərin qızı Canana dəstək olmaqda xoş niyyəti olduğunu bildirib.
Aynişan öz izləyicilərinə müraciətində deyib: "Sizə sözüm var. Paylaşımlarımı görmüsünüz. Niyyətimi və niyyətimizi bilirsiniz. Haqqıma kiminsə girməyinə icazə verməməyinizi istəyirəm".
Ətraflı
Xatırladaq ki, Aynişanın izləyiciləri vəfat edən əməkdar artist Aygün Bəylərin qızı Canana dəstək olmaq məqsədilə pul yığılmasını təklif etmişdi. Əməkdar artistin ailəsi və prodüseri isə Aynişanın bu fikrinə qarşı çıxaraq Cananın buna ehtiyacının olmadığını bildirmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun