Xəbər verdiyimiz kimi, "Qızıl Qlobus" mükafatları sahiblərinə təqdim olunub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Qızıl Qlobus"un keçirilməsindən bir-birinin ardınca imtina edən Hollivud ulduzlarının "Bu, buna dəyməz" sözləri dünya mediasında tez-tez yer aldı. Dekabrın ortalarına qədər təşkilatçılar mərasimin aparıcısını tapa bilmirdilər, Kris Rok və digər komediyaçılar mərasimin artıq əyləncəli olmadığını, ümumiyyətlə, həddindən artıq siyasətə çevrildiyini iddia etdilər. Nəticədə tədbir iştirakçılarını Co Koy əyləndirməli oldu. O, uzun danışıqlardan sonra "Qızıl Qlobus"un aparıcısı olmağa razılıq verdi.
Beləliklə, dünən axşam 20-dən çox mükafat təqdim olundu. Yeri gəlmişkən, laureatların hər birinə təkcə heykəlcik deyil, həm də ümumilikdə 500 min dollar dəyərində hədiyyələr verilib. Bura daxildir: yaxta səyahəti və şəxsi təyyarələrə biletlər, məşhur rəssamların xüsusi idman ayaqqabıları və döymələri, ən yaxşı aşpazlardan kulinariya üzrə master-klassları, Burqundiyada iki günlük qalmaq, Yeni Zelandiya və İrlandiyada kottecdə istirahət, 69.000 dollar dəyərində bir cüt zümrüd sırğa, kolleksiya şərabı və xüsusi dizaynlı sörfinq lövhəsi ilə Cənubi Kaliforniyada dərslər.
Gecənin qonaqları arasında Cennifer Lopez, Marqo Robbi, Leonardo Di Kaprio, Bredli Kuper, Cennifer Eniston, Bri Larson, Teylor, Svift, Keyt Bekinseyl, Cennifer Lourens, Orlando Blum, Emma Stoun və başqaları çıxış edib. Sözsüz ki, qaliblər qədər ulduzların qırmızı xalı çıxışları da bir o qədər maraq doğurur. Cennifer Lopezlə Marqo Robbi gecəyə zərif çəhrayı libasda təşrif buyurmuşdular. Lakin çəhrayı mərasimin ən populyar rəngi deyildi. Qırmızı, qara və ağ libas seçən ulduzlar isə üstünlük təşkil edirdi. Ən incə görüntülərdən biri Hanter Şafer idi. Teylor Svift isə yaşıl biserli donu ilə sözün əsl mənasında göz qamaşdırırdı. Emma Stoun bej rəngli paltarda bir az kölgədə qalsa da, adını qaliblər siyahısına yazdıra bildi. O, "Bədbəxt kasıb" filmindəki roluna görə "Qızıl Qlobus"a layiq görüldü. Cennifer Lourens üçün stilistlər sadə qara paltar seçiblər, lakin aktrisanın üzündəki dəyişikliklər bir daha müzakirələrə səbəb olub. Bəziləri onun üzünə dolğu vurdurduğu və plastik cərrahiyyə etdirdiyini iddia edir.
Heç bir mükafat almasa da, gecənin ən xoşbəxt məşhuru sözsüz Selena Qomezdir. O, nəhayət ki, illərdir gözlədiyi ağ atlı şahzadəsi ilə rastlaşdı və Benni Blankonun çox gözəl sevgili olduğunu bütün sosial media hesablarından el-aləmə bəyan etdi. Tədbirə qırmızı libasda gələn ulduzun aşiq olduğu və daha da xoşbəxt olduğu dərhal aydın olur. Onun gözlərindəki parıltıya görə musiqiçi Benni Blankoya həqiqətən təşəkkür düşür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun