Britaniyalı mərhum müğənni Devid Bouinin 77 illik yubileyi günü Parisin 13-cü rayonunda onun şərəfinə küçə açılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, küçə Pierre-Mendes-Fransa prospektinə baxır və prospekti L'Hopital Bulvarı ilə birləşdirəcək gələcək körpüyə qədər uzanır.
Qeyd edək ki, müğənni ilk dəfə 1965-ci ildə Fransa paytaxtında çıxış edib. Bu, sənətçinin Böyük Britaniyadan kənarda ilk konserti olub. Boui 2016-cı il yanvarın 10-da 69 yaşında qaraciyər xərçəngindən vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun