Ajda bacısı üçün Bakıya gəlmədi

Ajda bacısı üçün Bakıya gəlmədi

Ajda Pekkan yeni il gecəsi səhnəyə çıxmaq əvəzinə bacısı Semiramis Pekkan ilə bir yerdə olmağı üstün tutub.

OLAY yazır ki, Bakı, Kipr və Ankarada keçiriləcək 3 ayrı konsert proqramı üçün gələn 20 milyon TL-lik təklifi rədd edən Pekkan xərçəng müalicəsi alan Semiramis Pekkanın yanına gedib.

O, onunla birlikdə Bodrumdakı evində 2026-cı ilə daxil olub.