Əməkdar artist Qorxmaz Əlili Əməkdar artist Elza Seyidcahanı tənqid edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb müğənninin mərhum Əməkdar artist Aygün Bəylərin vida mərasiminə papaqla qatılması olub. Bu haqda aktyor "Elgizlə izlə" proqramında danışıb. Q.Əlili qadınların dəfn mərasiminə qatılmasını tənqid edib:
"Müsəlman aləmində qadınlar qəbirüstə getmir. Son vaxtlar qadınlar gedir. Din baxımdın günahdır. Yığışdıraq bunu. Elza gəlmişdi, papağını 1 dəqiqəlik çıxardardı, qoyardı çantasına. O papağın rəngi qıcıqlandırır, yas üçün deyil. Allah gecindən versin, hamımız öləcəyik. Anası salamatdır. 10-20 ildən sonra anası dünyasını dəyişsə, hamı qırmızı geyinib gəlsə, xoşu gələr?".
Aktyorun sözlərinə Seyidcahanın cavabı gecikməyib. O, canlı yayıma zəng edərək "Səhnədə qışqırıqları Qorxmaz Əlilidən görmüşəm. Siz yas mərasiminə niyə "Dezdemona" geyimində gəlirsiniz, elə "Otella" kimi geyinin. Yasa qırmızı geyinmirlər. Qırmızıdan başqa kim nə istəyir geyinsin. Mən ekstravaqant ifaçıyam" sözlərini söyləyib.
Aktyor isə "Demədim "Dezdemona" paltarında gələrəm, dedim, aktrisalar. Şəxsi fikrimdir, geri çəkilən deyiləm. Onun papaq məsələsinə sənətkar kimi deməyə ixtiyarım var. Zalda idi, papağını çıxardardı" sözlərini əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun