Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncalar" serialı "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) tərəfindən cəzalandırılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qərara əsasən, yanvarın 8-də yayımlanmalı olan 3-cü və növbəti həftədəki bölümün yerinə sənədli film efirə gedib.
Tənqidlərlə qarşılanan bu addımın ardından ekran işinin yeni bölümünün nə vaxt yayımlanancağı sual doğurub.
Yayım şirkətindən verilən məlumata görə, serialın 3-cü bölümü yanvarın 22-də izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır. Həmçinin, serial 9 milyon lirə (təxminən 511 min manat) cərimələnib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun