“Səhv kişiləri seçmişəm” - Hazar Ergüçlü

“Səhv kişiləri seçmişəm” - Hazar Ergüçlü

Tezliklə "Kanal D"də yeni serial - "İnci taneleri" ekranlara çıxacaq. Baş rollarda Yılmaz Ərdoğan, Hazar Ergüçlü, Selma Ergeç və Kubilay Akanın yer aldığı serialı tamaşaçılar maraqla gözləyir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, baş rol ifaçısı Hazar Ergüçlü həm maraqlı pozalar, həm də açıqlamalar verib. 

"Özünüzü "ulduz" kimi hiss etmədən öz mahiyyətinizi qorumağa nə kömək edir?" sualını cavablandıran aktrisa deyib: "Açığı, özünü ulduz kimi hiss etməyə çalışmaq mənə bir az problemli görünür. Təbii ki, çalışdığımız iş mühitində zaman-zaman bunu hiss etmək lazımdır, ancaq bunu gündəlik həyatınızda əks etdirsəniz, sizinlə reallıq arasında məsafə yaranmağa başlayır.

Sadəcə olaraq bu sadəliyə diqqət yetirirəm. Özümü sabotaj etməyə meylim var. Ona görə, sevgi münasibətlərində çox zaman səhv kişiləri seçmişəm", -  o bildirib. 
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun