Əməkdar artist: "Lüt gəzənlərə heç nə olmur"

Əməkdar artist: "Lüt gəzənlərə heç nə olmur"

"Lüt gəzənlər də var, özünü apara bilməyənlər də. Amma onlara heçnə olmur. Çünki murdar əski tüstü götürmür. Onlara baxanda Aygün ölməli deyildi".

Milli.Az azxeber-ə istinadla bildirir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva dava-dalaş içərisində olan şou biznes əhlinə ünvanlayıb.

"Həyatdır, itirə, itirə gedirik. Bu sənətdə olanlar sağ ikən bir-birini qırırlar. Mən bu yaşıma kimi görməmişəm ki, kimsə öləndə onu aparıb zər-xaranın içində basdırsınlar. Hamımız bir parça bezdə gedəcəyik, o da qismət olsa. Bir birinizi qırmayın, mehriban olun, dünya fanidir. Ölümü düşünün, Allahdan qorxun".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun