"İndi kim nə istəyir, edir, geyinir, oxuyur".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Nisə Qasımova müsahibələrindən birində deyib.
Onun sözlərinə görə, hamı zəmanədən şikayətlənir. Amma hər şeyi zəmanə ilə bağlamaq olmaz: "Tutalım ki, hər şey zəmanədəndir. Onda, bəs insanın özünə qarşı qoyduğu senzura? Bəs özümüzə olan tənqidlərimiz? Biz axı xalqın, millətin qarşısına çıxırıq. Biz hər hərəkətimizlə örnək olmalıyıq".
Sənətçi gənc müğənniləri tənqid etməkdən də çəkinməyib: "İndi kim nə istəyir, edir, geyinir, oxuyur. Mən bilmirəm ki, efirləri qınayım, yoxsa qınamayım. Çünki efirlərə sənətçini yox ha, oxumağı bacaranı dəvət etmək düzgün deyil".
Xalq artistinə görə, onlara məqam ayırmaq lazımdır ki, bunlar da oxumağı bacarırlar: "Amma onları tərifləyərək dağın başına qaldırmaq lazım deyil. Olmaz belə, olmaz".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun