Yap10-un səhifəsi oğurlandı

Yap10-un səhifəsi oğurlandı

Reper Zamiq Əliyevin (YAP10) səhifəsi oğurlanıb.

OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb.

Sənətçi bildirib ki, albomdakı mahnıların sızdırılmasının qarşısını alıblar.

Lakin səhifəni qaytarmaq mümkün olmayıb. Bu səbəbdən də o, “Thereal_yap10” adlı yeni hesaba keçib.

Yap10 qeyd edib ki, həmin şəxs öz cəzasını alacaq.