Elza müəllimi hədələdi - "Dedim sənin qolundan tutub, bayıra ataram"

Elza müəllimi hədələdi - "Dedim sənin qolundan tutub, bayıra ataram"

"İndi müəllimlərin çoxu "c" və "ç" hərfini düzgün tələffüz etmirlər. Uşaqları korlayan da bəzi müəllimlərdir. Onlar belə danışmamalıdırlar. Müəllimlər də bu cür danışan uşaqlara iki yazmalıdırlar".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Həmin Zaur" verilişində deyib. O, bəzi müəllimlərin ana dilimizi korladığını bildirib:

"O gün bir valideyn yanıma gəlmişdi, əsəblərim korlandı. İrad bildirdim ki, övladın "C" hərfini niyə düzgün tələffüz etmədi? Elə bildim ki, evdar qadındır. Soruşdum ki, hansı sahədə çalışırsınız? Cavab verdi ki, ibtidai sinif müəllimidir. Dedim sənin qolundan tutub, bayıra ataram. Sizin ixtiyarınız yoxdur ki, bizim ana dilimizi korlayasınız. Bahalı iki telefon, maşın alırsınız, üzünüzü gellə doldurursunuz, amma danışanda düzgün tələffüz etmirsiniz. Gözdən düşürsünüz, qulağım kar olur, bunların əlindən hara gedək?".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun