Survivorda qalmaqal: "Turabi keçmişindən danışıb AĞLADI" - FOTOlar

Survivorda qalmaqal: "Turabi keçmişindən danışıb AĞLADI" - FOTOlar

Survivorda yarışan Turabi ilə Ögeday arasında mübahisə yenidən alovlanıb. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, oyunda qalib gəldikdən sonra Turabinin reaksiyalarından narahat olan Ogeday, Turabiyə əvvəllər çəkdiyi ədəbsiz pozalarını xatırladıb.

Ögedayın bu sözləri Turabini qəzəbləndirib və o, adada verdiyi müsahibəsində uşaqlığından danışarkən göz yaşlarını saxlaya bilməyib.

"Mən indiki vəziyyətimi Metehanın Çin ordusu ilə qarşılaşdığı vaxtla müqayisə edirəm. Metehan Çin ordusu ilə üz-üzə gələndə vəziri ilə bir təpəyə çıxıb ətrafa baxır və görür ki, türk ordusu Çin ordusu ilə müqayisədə bir ovuc qarışqa qədər kiçikdir. Metehanın geri çəkiləcəyini düşünən vəziri ondan soruşdu ki, nə edəcəyik, bəy? Metehan deyir ki, indi bütün bu çinliləri harada basdıracağam? İndi bütün bu "Survivor"u harada basdıracağam? Hamı bir-bir mənə hücum etməyə başlayıb".

"Əgər Allah icazə versə və mən özümə həyat yoldaşı tapsam, övladlarıma daha yaxşı və təhlükəsiz həyat bəxş etmək istəyirəm. Yoxsa mənim nə böyüklüyüm var, nə də üstünlüyüm. Böyüklük və çempionluq sənin olsun. Mənə uşaqlığımı ver. Məndən həmişə super qəhrəmanlar haqqında soruşurlar... Bunlar həmişə uşaqlığımı tam yaşaya bilmədiyim üçün olub. Uşaqlığımı yaşamağa qoymadılar. Uşağım olsa, ona yaxşı baxaram. Onlar mənim bura necə gəldiyimi bilmirlər", - deyə Turabi qeyd edib.

"Məni həmişə alçaltdılar və lazımsız uşaq kimi qələmə verdilər. 14 yaşımda küçələrə atıldım. Bilirsənmi küçədə yaşamaq və ya problemin olanda ətrafda heç kimin olmaması necədir? Bunu yaşadım. Məni balaca ikən böyüdüblər. 15 yaşım olanda 40 yaşım tamam oldu.  Bir dəfə də olsun məndən yuxularımı soruşmayıblar. Valideynlərimə hirslənmirəm. Əslində evdən getməyimin səbəbi onlardır. Sosial təzyiq onları ağladırdı, pis olmasınlar deyə evdən çıxdım. Ailə arzuların öldüyü yerdir. Mən çox şey keçdim. Heç kimin ayağına basmadım, heç kəsi incitmədim".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun