“Слова пацана”nın ulduzları teatrda işləməkdən imtina etdi

“Слова пацана”nın ulduzları teatrda işləməkdən imtina etdi

Son günlərin ən çox danışılan serialı - “Слова пацана”nın ulduzları, aktyorlar Ruzil Minekayev və Slava Kopeyki çalışdıqları teatrdan ayrılıblar.

OLAY yazır ki, bu barədə onların meneceri Yelena Çiqvintseva News.ru-ya müsahibəsində bildirib ki, sənətçilər teatrı tərk etməli olublar.

Yelena Çiqvintsevanın sözlərinə görə, aktyorlar çoxlu iş təklifləri alır və rol seçiminə “diqqətlə” yanaşırlar. O bildirib ki, müştəriləri aktyorluq bacarıqlarını və oynadıqları rolları qoruyub saxlamalıdırlar.

““Слова пацана”da artıq yorulduq. Ruzil maşınla gəlib gedirdi, yəni Moskvada bir gün teatrda, iki gün Yaroslavlda çəkilişlərdə, sonra da yenə eyni templə. Hamımızın kifayət qədər vaxtımız yox idi, ona görə də təəssüf ki, uşaqlar teatrları tərk etmək məcburiyyətində qaldılar”, - deyə, menecer bildirib.

Qeyd edək ki, Minekayev Müasir Tamaşalar Teatrında, Kopeyki isə Rus Akademik Gənclər Teatrında çalışırdı.