Özcan Dəniz qalmaqallı serialdan danışdı: "Əxlaq keçişkisi..."

Özcan Dəniz qalmaqallı serialdan danışdı: "Əxlaq keçişkisi..."

Əxlaq keşikçisi deyiləm, lakin karyeramın ən əxlaqlı işi olduğunu düşünərkən, bu iş drammatik bir şəkildə əxlaqsızlıqda ittiham olundu.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Özcan Dəniz sosial şəbəkədə yazıb.

O, baş rolda oynadığı "Qızıl Qönçələr" serialı ilə bağlı ilk dəfə açıqlama verib. Ulduz serialın bir neçə bölümünə qadağa qoyulmasının ədalətli olmadığını bildirib.

"Əxlaqsızlıq dənizinin içindən güclə seçilərək. 22 Yanvarda yenidən ekranlardayıq", - aktyor bildirib.

Qeyd edək ki, Özgü Namal və Özcan Denizin baş rollarda çəkildiyi "Qızıl Qönçələr" serialının yayımını iki dəfə Radio Televiziya Qurumu (RTÜK) qadağan edilib. RTÜK-ün yaydığı məlumata görə, serialla bağlı qaynar xəttə şikayətlər daxil olub, araşdırma aparıldıqdan sonra layihənin cəmiyyətin milli-mənəvi dəyərlərinə zidd olduğu göstərilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun