"Avrupa Yakası" yenidən çəkilir?

"Avrupa Yakası" yenidən çəkilir?

2004-2009-cu illər arasında yayımlanan və televiziya tarixində iz qoyan "Avrupa Yakası"nın yenidən çəkiləcəyi ilə bağlı xəbərlər yayılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, serialda "Tanrıverdi" obrazını canlandıran Sarp Apak xəbərləri təkzib edib.

"Belə bir şey yoxdur. Ola bilsin ki, Gülse Birsel yeni işə başlayacağı üçün belə düşünüblər. Gülse məni nə zaman çağırsa, ordayam. Onunla başqa bir bağım var. Zaman-zaman görüşüb yenidən yaxşı işlər görəcəyik", - aktyor bildirib.

Qeyd edək ki, 6 mövsümdən ibarət olan serial 190-cı bölümdə final edib. 

Ekran işində Gülse Birsel, Qazanfer Özcan, Levent Üzümcü, Şenay Gürler, Hale Caneroğlu, Yavuz Seçkin, Veysel Diker və Yıldırım Öcek rol alıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun