Daha bir türk influenser “radar”a düşüb.
OLAY yazır ki, illər əvvəl instaqramda paylaşdığı videolarla məşhurlaşan Eylül Öztürkün də vergidən yayındığı iddia olunub.
Türk mediasında yer alan xəbərlərə görə Öztürk 2019-da gözəllik mərkəzini açıb. Qısa müddətdə 10-a yaxın şöbəsi fəaliyyət göstərməyə başlayıb.
Eynilə Polat ailəsi kimi sürətlə varlanan Öztürk Amerikada 11 ev, Floridada saysız-hesabsız mənzil və həyat yoldaşına “Rolls royce” alacaq qədər sərvət qazanıb.
Hətta iddia edilir ki, Öztürk ailəsi Polatlardan sonra evlərini keşmiş ev sahiblərinin adına keçirirlər.