"Televiziya "can verir"

"Televiziya "can verir"

"Ənənəvi televiziya 5 il əvvəl bitib. İndi son dövrlərini yaşayır. Bəziləri ümidlidir ki, televiziya "can verir", elektraşokla bunu dirildəcəyik. Televiziya dövrü bitib".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Turan İbrahimov "Dikdaban" verilişində deyib. O, televiziya dövrünün artıq bitdiyini, insanların kanallara baxmadığını bildirib:

"Əvvəl özəl televiziyaların aylıq gəliri indikinin dörd-beş qatı idi. Reklam büdcəsi bölünəndə ilk blogerlər ön plana çıxır. Sosial şəbəkənin büdcəsi bölündükdən sonra, televiziya reklamı düşünülür. Bu da onu göstərir ki, növbəti beş il ərzində özəl telekanallardan bir və ya ikisi qalacaq. İndi 3 kanal var, biri çalışır, ikisi birtəhər özünü saxlamağa əlləşir.

Özəl televiziya pul qazanmırsa, maaş ödəndikdən sonra təsisçiyə 100 min qalmırsa, onu niyə saxlasın? Nəticə budur ki, ənənəvi televiziyanın son dövrüdür. Heç kim demir ki, filan veriliş var gedim evə baxım".

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun