Sevil-Sevinc bacıları: “Allah yollarımızı ayırsın” - VİDEO

Sevil-Sevinc bacıları: “Allah yollarımızı ayırsın” - VİDEO

Sevil-Sevinc Səfərova bacıları maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, aparıcı Kazım Sübhanın təqdimatında "Özəl" verilişinin qonağı olan Səfərovalar şəxsi həyatları barədə danışıblar.

Onlar ailə qurmaq istədiklərini, amma bu zaman ailə quranın səhnədən gedəcəyini etiraf ediblər:

"Allah səhnədə yollarımızı ayırsın. Bizim ayrılıq yolumuz ailə qurmaq ola bilər. Ona görə də, inşallah, Allah yollarımızı ayırar.

Bizim nə səhnədə, nə də həyatda küsdüyümüz vaxtlar, davalarımız olmur. Küsülülüyümüz 1-2 dəqiqə çəkə bilər. Mehriban bacılardanıq. Anam deyir ki, heç uşaq olanda da dava etmirmişik".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun