Bir neçə yerli məşhur simanın instaqram hesabı oğurlanıb.
Milli.Az olay-a istinadən bildirir ki, proses öncə prodüser Ranar Musayevdən başlayıb. İlk oğurlanan səhifə onun olub.
Daha sonra onun şəxsi profilindən "Unicorn Marketing Go" yazısı ilə aparıcı Ceyhun Əliyə link göndərilib. C.Əlinin də hesabı ələ keçirildikdən sonra növbəti qurban müğənni İradə İbrahimova olub.
Ötən gün Ranar Musayevin profilindən sözügedən link İbrahimovaya göndərilib. O, linkə daxil olduqdan sonra isə hesabı ələ keçirilib.
Ceyhun Əli və Ranar Musayevin hesablarında artıq onlara aid bütün məlumatlar silinib. Müğənninin profilində isə hələ ki məlumatlar silinməyib.
İradə İbrahimova OLAY-a açıqlamasında bu sözləri deyib:
"Mən səhifəmdən çıxış edirəm, təkrar profilimə girirəm. Ancaq ikinci bir səhifə var ki, mən onu proqramdan silə bilmirəm. Səhifəmi bir neçə dəqiqəyə ələ keçirdiyi üçün oradadır. Ranarla danışdım, dedi ki, 2-3 gün ərzində səhifəni məndən alacaqlar. Çox qəribədir. Link gəldi, üstünə vurdum, belə bir şey oldu. Pul istəyə bilərlər, yaxud digər məqsədləri ola bilər. Xahiş edirəm ki, mənim adımdan gələn mesajları ciddiyə almasınlar. Yoxsa, onların da səhifəsi oğurlana bilər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun