"Atam qədər yaxşı musiqiçi olmamışam. Amma atamdan gözəl həyat yoldaşı və atayam".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "O üz" verilişində deyib.
Hüseyn atası Məşədi Məhəmmədə həs olunan proqramda onunla bağlı bəzi faktların üstünü açıb.
O, atasının ailəsinə çox vaxt ayırmadığını bildirib: "Atam vaxtını daha çox dostları ilə keçirib, ailəsi ilə yox. Mən isə ailəmə diqqət etməyi sevirəm. İnsan bəzən ona sadiq xanımının qədrini bilmir, gedir xoşbəxtliyi kənarda axtarır. Bu, sənin evinin içində var, ona dəyər ver, xəyanət etmə".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun