"İctimai" televiziya bu il ölkəmizi nüfuzlu "Avroviziya - 2024" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək ifaçıların seçim mərhələsini davam etdirir.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, Azərbaycanı İsveçdə, yarışma səhnəsində təmsil etməyə namizəd olan ifaçılar musiqi zövqləri, builki Avroviziya mahnıları, səhnə xəyalları barədə fikirlərini bölüşüblər.
Münsif səsverməsi nəticəsində finala keçən ifaçılar Aisel, Qorqud, Fahree, Mila Miles, İlkin Dövlətov və Etibar Əsədli triosu, Səbinə Quluzadə və Emy Liadır.
Qeyd edək ki, "Avroviziya-2024" 7, 9 və 11 may tarixlərində İsveçdə Malmö Arenada baş tutacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun