İnfluenser Asya İsmayılovanın (AsyaFuad) komaya düşmə səbəbi bilinib.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Asya bildirib ki, bədəninə infeksiya yayılması böyrəyindəki daşla əlaqəli olub:
“Bu gün analiz cavabı gəldi. Səbəbi məlum olmayan sepsis imiş. Həkimimizin izahına görə, bunun yaranma səbəbi bir çox amillərdən ola bilər. Həkimin qənaətə gəldiyi səbəb isə böyrəyimdə daşın olması və bir neçə gün ondan öncə böyrəyimin ağrımasıdır. Bu ağrı məndə ara-sıra qısa müddətlik olduğu üçün ciddiyə almırdım, diş həkiminə də öncədən deməyi vacib saymamışdım. Bu da bədəmin narkoz zamanı şok keçirməsinə və sepsisin yaranmasına səbəb olub böyük ehtimal. Bu vaxta qədər də susmağımın səbəbi bu idi. Ortada böyük yaranmış problem olsa da, dəqiq səbəbini bilmədən kimisə günahlandıra bilməzdik. Ümid edirəm, heç kim sağlamlığı ilə bağlı problem yaşamaz və hər kəs vaxtında sağlamlığına ciddi yanaşar. Xəstəxanadan çıxanda bütün bədənim tam təmizlənmişdi. Septik şokdan ayılmaq möcüzə idi”.
Asya həmçinin o dövrdə yanında olanlara da təşəkkür edib:
“Bu arada həmin çətin müddətdə xəstəxanaya gələn, narahat olan, yazan hər kəs yadımdadır, hər biri çox dəyərlidir. Əlbəttə ki, həmin müddətdə, öz həyatında çətinliyi, dərdi və s. olmasına baxmayaraq, vəziyyətdən sui-istifadə edənlər də yadımdadır. Allah heç kimi, nə özünü, nə yaxınlarını, nə də övladlarının yolunu xəstəxanadan salmasın. Mən bunu düşmənimə belə arzu etmirəm, etməyəcəm.
Həmin vaxt ərzində mənim üçün dua edən hər kəsə Allahdan xoşbəxtlik və sağlam ömür arzu edirəm. Allah hər birinizin gözəl ürəyinə görə versin. Etdiyiniz dualar qarşısında nə qədər təşəkkür etsəm, az”.