Daha bir türk influenser "radar"a düşüb.
Milli.Az olay-a istinadən bildirir ki, illər əvvəl instaqramda paylaşdığı videolarla məşhurlaşan Eylül Öztürkün də vergidən yayındığı iddia olunub.
Türk mediasında yer alan xəbərlərə görə Öztürk 2019-da gözəllik mərkəzini açıb. Qısa müddətdə 10-a yaxın şöbəsi fəaliyyət göstərməyə başlayıb.
Eynilə Polat ailəsi kimi sürətlə varlanan Öztürk Amerikada 11 ev, Floridada saysız-hesabsız mənzil və həyat yoldaşına "Rolls royce" alacaq qədər sərvət qazanıb.
Hətta iddia edilir ki, Öztürk ailəsi Polatlardan sonra evlərini keşmiş ev sahiblərinin adına keçirirlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun