Hazırda həbsdə olan sosial media fenomeni Dilan Polatla bağlı açılan cinayət işinə baxan prokuror Gökalp Kökçü vəzifəsindən ayrılıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, Dilan Polat məsələsi də daxil olamaqla, 3 böyük cinayətin istintaqını aparan prokuror səssiz-sədasız işini tərk edərək təqaüdə çıxıb.
Bir neçə gün əvvəl Gökalpı Ərzuruma prokuror təyin ediblər. Lakin o işləməkdən imtina edib.
Xatırladaq ki, Gökalp Kökçünün 2021-ci ildə evləndiyi vəkil İ.K.-nin Adnan Oktarla əlaqəsi olduğu ortaya çıxmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun