Müğənni Ofeliya Şabanova açıqlaması ilə gündəm olub.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, ifaçı qonaq olduğu "Rəngarəng səhər" verilişində bildirib ki, həyat yoldaşının ayağına corabı özü geyindirir.
"Səhnədə Ofeliya Şabanovayam, evdə isə "Ofuşam". Ailəmin "Ofuşuyam". Onların qulluğunda dayanıram. And olsun bizi yaradana, həyat yoldaşım Ceyhun əyilib corabını geyinməyib. Ona corabı özüm geyindirmişəm. Ona demişəm ki, heç zaman əyilmə", - deyə Ofeliya vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun