"İnstitut bitirənlər qalıb bir kənarda, beş-on nəfər yığılıb gündə televiziyada səhnəciklər, gülməli şeylər göstərirlər".
Bu sözləri mövcud şəraitdə peşəkar aktyorlara dəyər verilməməsindən danışan Xalq artsiti Valeh Kərimov Yenicag.az-a açıqlamasında deyib.
Aktyor qeyri-peşəkarların sənət cameəsində özlərinə daha rahat yer elədiklərini, peşəkarlardan da yaxşı pul qazandıqlarını təəssüflə bildirib:
"İndi yerindən duran aktyor olur, hamı aktyorluq edir. İnstitut bitirənlərdən də yaxşı iş aparırlar, hələ pul da qazanırlar. Elədirsə, onda bu Mədəniyyət və İncəsənət Universiteti nəyə lazımdır, ondansa bağlasınlar.
Əvvəllər hansısa bir teatra işləməyə gedəndə, birinci növbədə diploma baxırdılar, təhsilə önəm verirdilər. Diplomun olmasaydı, kim idi səni aktyor ştatına qəbul edən? Aylarla, illərlə teatrın qapısında sürünürdün ki, təki səni işə götürsünlər, aktyor olasan.
Amma indiki vaxtda aktyor olmağa nə var ki... Heç diploma-zada baxan da yoxdur. İnstitut bitirənlər qalıb bir kənarda, beş-on nəfər yığılıb gündə televiziyada səhnəciklər, gülməli şeylər göstərirlər. Özlərini də peşəkar aktyor hesab edirlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun