Süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimal 8 saatlıq əməliyyat olunub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin xərəklə əməliyyat otağına aparıldığı anları yayımlayan nişanlısı "Güclü qadınım, az qala vaxtım bitəcək" sözlərini yazıb.
Xərçəng xəstəliyindən müalicə olunarkən 43 kiloya düşən Şimal bu gün əməliyyat olunub. Müalicə prosesində Şimalı heç vaxt tək qoymayan nişanlısı müğənninin səhhətindən yazıb:
"Bu günlərin də keçəcəyinə inanırıq. Dualarınızla hər zaman bizə güc vermisiniz." "Güclü sevgilim, gücüm tükənir. Səni çox sevirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun