Müğənni Lətifə Soyuözün arıqlaması Elgiz Əkbəri təəccübləndirib.
OLAY yazır ki, aparıcı “Elgizlə izlə” proqramına qonaq olan ifaçını tanımadığını bildirib:
“Dedilər ki, Lətifə gəlib, inanmadım. Qız elə bil ilan boğazından çıxıb. Cennifer Lopez sənin yanında istirahət edir”.
Lətifə söyləyib ki, çox ciddi pəhriz nəticəsində bu formanı əldə edib:
“9 aya yaxındır ki, pəhrizdəyəm. Pəhrizlə arıqlamayanların nəticəsini gördüm. Hamısı yenidən kökəlirdi. Ona görə də sağlam qidalanmaq lazımdır”.
Qeyd edək ki, müğənni 30 kiloqrama yaxın arıqlayıb.